AĞ Partiya Xəzər rayon təşkilatı Bilgəh “Qocalar evi” ndə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Xəzər rayon təşkilatının sədri, yetkililər və üzvlər iştirak etdilər. Xəzər rayon təşkilatının sədri Afət xanım Möhbalı çıxışında “Qocalar evi”ə sığınan ağsaqqallarımızın, ağbirçəklərimizn bizim üçün nə qədər dəyərli olduğunu diqqətə çatdırdı. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü onlarla birlikdə keçirməklərinə şad olduqlarını və bundan qürur duyduqlarını söylədi. Afət xanım belə bir tədbirin keçirilməsində onları qəbul etdikləri üçün öz adından və AĞ Partiya Xəzər rayon təşkilatı adından təşəkkürünü bildirdi. Gələçəkdə də bu cür tədbirlərin davamlı olaraq keçiriləçəyini diqqətə çatdırdı.
Tədbir xoş əhval-rühiyyədə başa çatdı.

