AĞ Partiya 20 Yanvar - Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etdi. Azərbaycanın və bütün türk dünyasının tarix boyu özgürlük , bağımsızlıq uğrunda apardığı savaşlarda verdiyi şəhidlərimiz anıldı . Ruhlarına dualar oxunuldu .
Bildirək ki , 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə tərkibinə erməni və rus cəlladlarının daxil olduğu Sovet Ordusunun bölmələri və xüsusi təyinatlılar , habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində , Lənkəran və Neftçalada dinc əhaliyə , o cümlədən uşaqlara , qadınlara və qocalara qarşı qətliam törədildi . İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 149 mülki şəxs qətlə yetirildi , 744 nəfər ağır yaralandı , 4 nəfər itkin düşdü .
Vətənimizin azadlığı və xalqımızın təhlükəsizliyi üçün canlarından keçən bütün şəhidlərimizi dərin hüzn və ehtiramla yad edir , Rəbbimdən milli sərvətimiz olan şəhidlərimizə rəhmət diləyirik .




