• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiya İsveçdə "Qurani-Kərim"in yandırılmasına görə bəyanat yayıb

Yanvarın 21-də,  Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana İsveçin paytaxtı Stokholmdakı Türk səfirliyi qarşısında, Quranın yandırılması aksiyasını keçirməyə icazə verilib.

Ağ Partiya İsveçdə İslamın müqəddəs kitabı "Qurani-Kərim"in yandırılmasını şiddətlə qınayıb.
 
Bu barədə Ağ Partiya bəyanat yayıb. Bəyanatda deyilir:
 
"İsveçdə müsəlman aləminin müqəddəs kitabı "Qurani-Kərim"ə qarşı edilən vicdansız və iyrənc hücumlar Qərbdə hələ də ifadə və vicdan azadlığının doğru qavarnılmadığını, milyonlarla müsəlmanın inancına sayğı göstərilmədiyini, islamofob və irqçi barbar xarakterli aksiyaların qarşısının alınmasında hələ də tərəddüdlərin olduğunu, söz azadlığı adı altında nifrət cinayətlərinə açıq-aşkar formada dözümlə baxıldığını göstərdi. Ağ Partiyası İslamofob və irqçi zehniyyətin yaratdığı bu müasir vəhşiliyə qarşı fəaliyyətini və mübarizəsini davam etdirəcək.
Bu çərçivədə bütün ölkələri və beynəlxalq təşkilatları islamafobiyaya, irqçiliyə qarşı lazımi tədbirlər görməyə, bir daha belə rəsmi vəhşiliyin törədilməməsi üçün müasir barbarlığa göz yuman İsveç kimi dövlətləri insan haqlarına hörmət etməyə çağırırıq.”