• +994 55 754 56 99 (WHATSAPP)
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiya MA sədr müavini Afiq Həsənovun Türkiyə dövlət xadimi İbrahim Melih Gökçeklə görüşü baş tutub

Ağ Partiya Mərkəzi Aparatının sədr müavini Afiq Həsənov qardaş Türkiyənin paytaxtı Ankaranın keçmiş bələdiyyə sədri , dövlət xadimi İbrahim Melih Gökçeklə videokonfrans vasitəsilə görüşü baş tutub .

   Ənənəvi bayramlaşma görüşlərinin keçirilməsi bu dəfə "Beraat Kandili"nə təsadüf edib . Görüş zamanı 14 mayda keçiriləcək prezident seçkiləri , Türkiyədə olan , 6 fevral "Əsrin Fəlakəti" adlandırılan zəlzələdə Azərbaycanın dəstəyi və bir çox məsələlər müzakirə edilib . Tural bəyin və bütün Ağ Partiyaçıların qardaş Türkiyə xalqına keçmiş olsun diləkləri çatdırılıb , faciədə dünyasını dəyişən soydaşlarımızla bağlı başsağlığı verilib . 

   Bununla yanaşı keçiriləcək prezident seçkilərində "Cumhur ittifaqı"nın namizədi , Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğana olan dəstəyimiz ifadə olunub . 

   Cənab Gökçek Azərbaycandan olan yardımlara görə Azərbaycan xalqına minnətdarlığını bildirib . Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonra da "Bir millət , iki dövlət " şüarı altında inkişaf edəcəyini dilə gətirib .