• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya Mərkəzi Aparatının növbəti iclası keçirilib

Ağ Partiya Mərkəzi Aparatının 15.03.2023-cü il tarixində növbəti iclası keçirilib . 

   MA sədri Kamran Məmmədlinin rəhbərliyi ilə keçirilən iclasda MA-nın üzvlərinə iclasın gündəliyi ilə bağlı məlumat verilib . 

   Öncə şöbələrin hesabatı dinlənilib , sonra isə gündəlikdə duran məsələlər üzrə müxtəlif müzakirələr aparılıb . Təşkilat sədri olmayan rayon təşkilatlarına yeni namizədlərin seçilməsi , həmçinin Abşeron rayon təşkilatına yeni təşkilat sədri təyin olunması ilə bağlı təşkilat sədri namizədilə müəyyən müzakirələr aparılıb . Yeni namizədlərin seçilməsi və təqdim olunması ilə bağlı müvafiq tapşırıqlar verilib . 

   Partiya təbliğatı ilə bağlı da müzakirələr aparılıb . Təbliğatın inkişafı və genişləndirilməsi üçün Ağ Partiya Mərkəzi Aparatının "AĞ Media" şöbəsi yaradılıb .

  İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb .