AĞ Partiya Xəzər Rayon Təşkilatı sədri Afət Möhbalı və təşkilatın şura üzvləri və Ağsu RT sədri Gəray bəy 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubaya səfər ediblər . Səfər zamanı Quba RT təşkilatı ilə birlikdə Qubada yerləşən Şəhidlər Xiyabanını və Soyqırım Abidəsini ziyarət edilib. Şəhid məzarlarına və Soyqırım Abidəsinə güllər qoyulub, bütün şəhidlərimizin ruhuna dualar oxunulub.
Daha sonra AĞ Partiya Quba Rayon Təşkilatının sədri Elşad bəy və Quba RT təşkilatçıları ilə Xəzər RT təşkilatının görüşü oldu. Görüş zamanı son günlər AĞ Partiya Təşkilatı başqanı sayın Tural bəy Abbaslıya qarşı olan təxribat və təhdidlər müzakirə edildi. Bildirildi ki, təhdidlər təkcə Tural bəyə deyil, onun timsalında AĞ Partiyaya və dövlətimizə, xalqımıza qarşıdır. Qərara alındı ki, bu təhdidləri edənlərə və onların arxasında duran qüvvələrə qarşı birlikdə qətiyyətli mübarizə aparılsın.
Eyni zamanda, xalqın partiyamıza olan inamını, etibarını daha da möhkəmləndirilməsi üçün qarşıda duran məsələlər, görüləcək işlər müzakirə edildi. Təşkilatlarımız arasında sıx əlaqələrin qurulması, təşkilatlanmanın daha da səmərəli şəkildə təşkil edilməsi üçün bir sıra təkliflər irəli sürüldü .

