• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Aİ-nın antiazərbaycan qətnaməsi ilə əlaqədar AĞ Partiyanın bəyanatı

AĞ Partiya sərt bəyanat yaydı

Bəlli olduğu kimi, Qərb dünyasının Azərbaycana qarşı ikiüzlü, qərəzli, riyakar siyasəti davam etməkdədir. Xüsusilə, Azərbaycan tərəfin Qarabağ münaqişəsini həll edəndən sonra ölkəmizə qarşı təzyiqlər daha da artıb. Son olaraq, 23 saat 43 dəqiqə ərzində həyata keçirdiyimiz uğurlu antiterror tədbirləri Türk-İslam dünyasının düşmənlərini yasa boğub. Məhz bunun nəticəsidir ki, oktyabrın 5-də Avropanın müxtəlif cəbhələrində anti-Azərbaycan mövqeyi sərgiləndi. Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Eyni vaxtda, Qranadada Avropa İttifaqı, Almaniya, Fransa rəhbərləri ölkəmiz əleyhinə həyasız fikirlər səsləndirdilər. 

AĞ Partiya olaraq, bu qərəzli münasibəti, qətnaməni kəskin şəkildə pisləyir, adekvat addımların atmağımızın vacibliyini qeyd edirik. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Regionun söz sahiblərindən biridir. Bunu Avropa dünyası unutmasın!