• +994 55 754 56 99 (WHATSAPP)
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiya sədri Ədalət Vəliyevlə görüşdü !

Ağ Partiya sədri Tural Abbaslı Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

AĞ Partiya mətbuat xidməti xəbər verir ki, bu barədə partiya sədri məlumat verib . 

Onun sözlərinə görə,

Ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev ilə görüşüm oldu. Görüşdə son parlament seçkilərinin nəticələri, iqtidar-müxalifət dialoqunun inkişafı, ölkədə milli siyasi həmrəyliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda hörmətli Ədalət Vəliyevə qəbul üçün təşəkkürümü bildirdim və Ağ Partiyasının sədri kimi iqtidar-müxalifət dialoqunun inkişafı və milli siyasi birliyin möhkəmləndirilməsi istiqamətində aparılan işləri dəstəklədiyimi bir daha diqqətə çatdırdım.