AĞ Partiya Xanımlar Təşkilatının İdarə Heyətinin iclası keçirilib.
İyul ayının 2-də AĞ Partiya Xanımlar Təşkilatının yekun konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın qərargahında toplaşıblar. Daha sonra konfrans öz işini açıq məkanda davam etdirib. Tədbiri açan AĞ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova gündəlikdə duran məsələlər haqqında məlumat verib. M. Amirova ötən 2 il ərzində AĞ Partiya Xanımlar Təşkilatının fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
M. Amirova qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. O, keçən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının hüquqlarının qorunmasından, cəmiyyətdə yüksək mövqe tutmasından, gündən-günə artan fəallığından, onların milli maraqlar ətrafında sıx birləşməsində AĞ Partiya Xanımlar Təşkilatının rolundan bəhs edib. Keçirilən konfransda partiyanın Xanımlar Təşkilatının bir sıra üzvləri - Mehriban Abbasova, Aliyə Hüseynova, Ceyhunə İsmayılova, Vəfa Hüseynova, Gülayə Bədirova və s. digər konfrans konfrans iştirakçıları öz fikirlərini səsləndiriblər.
Deyilən fikirlərdə qeyd olundu ki, "xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar."
Tural Abbaslının rəhbərliyi altında AĞ Partiyanın cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu qeyd edən Xanımlar Təşkilatının sədri Malvina Amirovanın sözlərinə görə, bunun əsas səbəbi qısa müddətdə qazanılmış uğurlar və AĞ Partiyanın sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır. "Bizim doğurdan da geniş potensialımız var. Hazırda AĞ Partiya cəmiyyətin, xalqın siyasi avanqard, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da qazanılan uğurlarda özünəməxsus payı vardır."
Eyni zamanda onu da qeyd edib ki, AĞ Partiyanın tərkibi genişlənməkdədir. Daha da böyük layihələrə imza atılacaq: "AĞ Partiyanın və partiyanın sədri Tural Abbaslının gördüyü işlər barədə geniş söhbət açmaq olar. Bu işləri miqyas etibarilə ölkəmizdə və Azərbaycandan kənarda keçirilən tədbirlərdən, fəaliyytindən, mətbuatda ictimaiyyətin diqqətini cəlb edən aktual mövzularla qoyulmuş çıxışlardan, cəmiyyətin qayğısına, diqqət və mərhəmətinə ehtiyacı olan qrumlarda keçirilmiş humanitar aksiyalardan, ictimai-siyasi xarakterli tədbirlərin təşkilindən, hərbi hissələrdə əsgərlərlə görüşlərin, səhiyyə aksiyasından və bu kimi digər müxtəlif istiqamətlərdən ibarət olub. Hesabat dövründə AĞ Partiyamız və partiyanın Xanımlar Təşkilatı dəfələrlə əlillər evində, ahıllar evində, ata-ana himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı internat tipli məktəblərdə keçirib, cəmiyyətin köməyinə böyük ehtiyacı olan ayrı-ayrı insanlara dəstək olublar."
Konfransın yekununda M.Amirova vurğuladı ki, "son zamanlar AĞ Partiya sıralarına çox fəal qadınlar daxil olurlar. AĞ Partiyanın müsbət işlərinin nəticəsidir ki, sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar."
Onun sözlərinə görə, qadınlar öz potensialından, intellektindən dövlətin və xalqın inkişafı üçün istifadə edir. "AĞ Partiya Azərbaycan qadınına ən yüksək dəyər verən partiyadır. Partiyanın inkişafının bütün çətin anlarında xanımlarımız sınaqlardan üzüağ çıxıb və öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışıblar. Biz AĞ partiyanın sıralarında birləşməklə xalqımızın xidmətində dayanmışıq. Hesab edirik ki, Azərbaycan qadınları qarşılarında duran vəzifələri yerinə yetirmək üçün çox böyük imkanlara malikdir."
Konfrans bitdikdən sonra xatirə şəkilləri çəkilib.
Şəfa Rasimqızı
AĞ Partiya-2022 / 03 iyul.
