Azərbaycan milli mətbuatının tanınmış simalarından, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunu 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıram.
Rauf Arifoğlunun həyat yolu Azərbaycan xalqının müstəqillik uğrunda apardığı milli-azadlıq mübarizəsinin ən mühüm dövrləri ilə sıx bağlıdır.
O, ötən əsrin sonlarında xalq hərəkatının yüksəlişi dövründə milli-azadlıq hərəkatının ön sıralarında yer alaraq Azərbaycanın dövlət müstəqilliyi, milli-demokratik dəyərlərin bərqərar olması və azad sözün inkişafı uğrunda mübarizə aparan aparıcı simalardan biri olub.
Sonrakı illərdə jurnalistika sahəsində fəaliyyətini davam etdirən Rauf Arifoğlu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, rəhbərlik etdiyi media qurumları vasitəsilə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsinə töhfə verib.
60 illik yubiley insan ömrünün zəngin həyat təcrübəsini, görülən işləri və qazanılan nailiyyətləri ifadə edən əlamətdar bir mərhələdir.
İnanıram ki, Rauf Arifoğlu bundan sonra da öz təcrübəsi və peşəkarlığı ilə Azərbaycan mediasının və ictimai fikrinin inkişafına töhfələr verməyə davam edəcək.
Bu əlamətdar gün münasibətilə Rauf Arifoğlunu bir daha təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, yeni yaradıcılıq uğurları və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Tural Abbaslı
Ağ Partiyanın Başqanı
