27 Sentyabr - Anım Günü ilə əlaqədar AĞ Partiya şəhidlərin əziz xatirəsini yad edib .
Partiyanın rəhbərliyi və bir sıra fəal üzvləri əvvəlcə Hərbi Memorial Məzarlığa (II Fəxri xiyaban) gələrək şəhidlərin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, AĞ Partiyanın adından hazırlanmış çiçəklərdən ibarət çələng məzarlıqda yerləşdirilib. Partiya nümayəndələri Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edərək onların ruhuna dualar oxuyublar.
Daha sonra AĞ Partiyanın nümayəndələri Zəfər Abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin şəhidlərin qanı və fədakarlığı hesabına əldə edildiyi vurğulanıb.
https://youtu.be/nevaBOMPpWE?si=354NbtFpERArsADd