• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya Abid Qafarovun dərhal azad edilməsini tələb edir!

Ölkəmizdə siyasi mühitin normallaşmasına ümid edildiyi, siyasi dialoqun inkişaf etdirilməsinə partiyaların töhfə verməyə çalışdığı bir vaxtda cəmiyyət və müxalif siyasi partiyalar olaraq gözləntimiz sifariş əsasında həyata keçirilən məhkəmə-hüquq sistemindən uzaq, xüsusilə də siyasi məhbuslarsız bir Azərbaycandır. Artıq illərdir işğalda olan torpaqlarını azad etmiş, dünyada və xüsusilə regionda öz sözünü demək imkanlarına malik olan Azərbaycandan bəhs edirik. Belə bir zamanda jurnalist, ictimai-siyasi fəal Abid Qafarovun sifarişli, mübahisəli həbsi qəbul edilməzdir.

Təəssüflə qeyd etməliyik ki, bu işin qarşı tərəfində də qazilərimiz dayanır. Ümumilikdə, ortaya çıxan mənzərə qazilik institutunu cəmiyyət nəzdində gözdən salacağı kimi, xalq arasında da iki qütblüyün yaranmasına şərait yaradacaq, son nəticədə ölkəmizin imicinə istər dost, istərsə də düşmən ölkələrin nəzərində zərər vuracaqdır. Bu şəkildə icra olunan məhkəmə qərarlarından istifadə edən mənfur düşmənlərimiz beynəlxalq qurumlarda əleyhimizə istifadə edəcəklər.  

AĞ Partiya olaraq "KİM" TV-nin rəhbəri Abid Qafarovun qeyd-şərtsiz dərhal azadlığa buraxılmasını və analoji halın təkrarlanmamasını hakimiyyətdən tələb edirik!