Bu gün AĞ Partiya Xəzər rayon Təşkilat üzvlərinin partiyanın başqanı Tural Abbaslı ilə görüşü oldu . Görüşdə başqan Tural Abbaslı ölkəmizin hazırki siyasi durumunda AĞ partiyanın görməli olduğu işlərlə bağlı qarşısında duran vəzifələri, görüləcək işləri barədə fikirləri dinlənildi.
Bundan başqa, 44 günlük Vətən müharibəsindən sonrakı dönəmlərdə baş verən hadisələr, AĞ partiyanın gördüyü işlər, Şəhid ailələri, Qazilər , muharibə iştirakçıları , sadə vətəndaşlarla keçirilən görüşlər və onların nəticələri təhlil edildi. Eyni zamanda, Şanlı ordumuznun avqust ayında terrorçü və separatçılara qarşı keçirdiyi uğurlu anti-terror “ Qisas” əməliyyatı, onun nəticələri haqqında müzakirələr edildi.
Görüşün sonunda AĞ Partiya Xəzər rayon Təşkilatı adından başqan Tural Abbaslıya "Qarabağ Azərbaycandır" adlı xəritə əl işi təqdim edildi və görüşdən fotoları çəkildi.



