Bugün Ağ partiya Qəbələ rayon təşkilatının rəhbərliyi , Qəbələnin Seyidqışlaq kəndində şəhidlərimiz, Əsəd Zeynallı və Aqşin Qədirzadə üçün təşkil olunmuş il mərasimində iştirak edib. Hər iki şəhidimizin məzarı ziyarət edilib. Daha sonra Qəbələ rayon təşkilatının rəhbərliyinin iclası keçirilib. Görüşdə Qəbələ rayonunun problemlərindən və rayon təşkilatımızın inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
Bu haqda Ağ Partiya Qəbələ rayon təşkilatının sədr müavini Ramil İbrahimov məlumat verib .

