• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya B.Hacıyev ilə bağlı bəyanat yaydı

Partiyanın Mətbuat Xidmətindən Agxeber.com-a verilən məlumata görə, bəyanatda deyilir: İctimai fəal Bəxtiyar Hacıyevə qarşı törədilən əməllər, onun naməlum maskalı şəxslər tərəfindən qaçırılaraq işgəncələrə məruz qalması, təhqir olunması və sağlamlığına ciddi xəsarət yetirilməsi yolverilməzdir. Ağ Partiya olaraq, bəhsi keçən qanunsuz əməlləri törədənlərin və sifarişçilərin ən qısa zamanda qanun qarşısına çıxarılmalarını tələb edirik. Hüquqi dövlətdə müxalifətçilərə, alternativ fikirli vətəndaşlara qarşı bu cür davranışlar qəbuledilməzdir. Bu rüsvayçı hadisə beynəlxalq arenada da düşmənlərimiz tərəfindən dövlətimizin əleyhinə istifadə edilə bilər. AĞ Partiya Bəxtiyar Hacıyevə qarşı törədilən bu qanunsuzluğun dərhal öz həllini tapmasını və ictimaiyyətə geniş açıqlama verilməsini məsul orqanlardan tələb edir. Eyni zamanda analoji hadisələrin təkrarlanmaması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsini də istəyir.