• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiyanın Ermənistanın son təxribatı ilə bağlı bəyanatı!

Hər birimizə məlum olduğu kimi şanlı ordumuz və dəyərli xalqımız yenidən düşmən təxribatları ilə üz-üzədir. Bunun nəticəsində sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətindəki təxribatlarının qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olub. Şəhid olan hər bir vətən övladı canımızdan can aparsa da, bizləri dərin hüznə qərq etsə də, yaxşı bilirik ki, vətən məfhumu o qəhrəmanların çiyinlərində yüksəlir. Övladı, yaxınları şəhid olmuş hər bir Azərbaycan vətəndaşı bilsin ki, onlar bir yaxınlarını bu dövlət uğrunda şəhid verdilər, onlarla vidalaşdılar, amma bütün Azərbaycan onların doğmaları, əzizləri oldu. 

Qəhrəman ordumuz şəhid olmuş qardaşlarının qisasını böyük şücaət göstərərək alacaq. Buna zərrə qədər şübhəmiz yoxdur. AĞ Partiya hər zaman olduğu və olacağı kimi qəhrəman ordumuzun yanındadı, ordumuzun atacağı bütün addımları sonuna qədər dəstəkləyirik!

Dünya ictimaiyyəti ermənilərin bu təxribat xarakterli davranışları qarşısında yenidən üç meymunu oynamağa başlayıb. Əksi olmuş olsaydı, bütün hegemon dövlətlər, beynəlxalq təşkilatlar hər hansı bir addım atar, Azərbaycan əleyhində fikirlər səsləndirərdi. Onları erməni vandalizmini qınamğa və adekvat addımlar atmağa səsləyirik.

AĞ Partiya olaraq erməni təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin! Uca Allah oxşar hadisələrdən xalqımızı hifz etsin. Amin!