• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ partiya Xəzər rayonu Təşkilatının növbəti iclası keçirildi

Ağ partiya Xəzər rayonu Təşkilatının növbəti iclası keçirildi. İclasda təşkilatın rəhbər heyəti və bir sıra üzvləri iştirak etdi. İclasın keçirilməsinin əsas səbəbi – gündəlikdə duran məsələlər tarixi faciələrimizin , Vətən uğrunda canında keçmiş Şəhidlərimizin anım günləri, eyni zamanda 44 günlük Vətən Savaşımızdakı uğurlarımız, azad edilən ərazilərimizlə bağlı tədbirlərin keçirilməsi; Xəzər rayon üzrə təşkilatlanmanın daha da səmərəli şəkildə təşkil edilməsi; Şəhid ailələri, qazilər və digər kateqoriyadan olan insanlarımızın çətinliklərinin araşdırılması və işıqlandırılması, bu yöndə gərəkən tədbirlərin görülməsi , eləcə də bir sıra digər məsələlər idi.

İclasda qərara alındı ki, Xəzər rayonu üzrə anım günləri və digər tədbirlərin yüksək səviyyədə təşkil edilməsi üçün təşkilat məsələlərinin işi daha da keyfiyyətli şəkildə artırılsın. Xəzər rayonu üzrə insanlarımızla öncədən görüşlər təşkil edilərək maarifləndirmə işləri aparılsın. İclas zamanı verilən təkliflərin nəzərə alınması, qəbul edilən qərarların yerinə yetirilməsi üçün göstərişlər verildi.